Baş nazir Əli Əsədov BP-nin icraçı vitse-prezidenti ilə görüş keçirib
Operativ Media
Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.
BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.