Menyu

18 yaşdan sonra breketlər nə dərəcədə effektlidir? – Həkim danışır

Ayşən Sadıxzadə
18 yaşdan sonra breketlər nə dərəcədə effektlidir? – Həkim danışır

Statistikaya görə, dünya əhalisinin təxminən 85–90 faizi diş sırasının əyriliyi və ya digər dərəcədə dişlərin düz olmaması ilə qarşılaşır və hər üç nəfərdən biri ortodontik müdaxiləyə ehtiyac duyur.

Bunu Operativ Media-ya açıqlamasında stomotoloq Anar Nəbizadə bildirib. 

Onun sözlərinə görə, dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur. Bu sahədə Azərbaycan da son illər xeyli inkişaf edib və müasir müalicə üsulları geniş tətbiq olunur:

“Daimi dişlər adətən 12–14 yaşlarda tam formalaşır. Bu dövrdən başlayaraq 40–45 yaşa qədər breketlərdən istifadə etməklə diş sırasındakı əyrilikləri düzəltmək mümkündür. Lakin 18–20 yaşdan sonra breketlər çənə-sümük sisteminə ciddi təsir göstərmir, əsasən dişlərin öz mövqeyinin korreksiyasına kömək edir.

Çənənin düzgün inkişafı uşaqlıq dövründən başlayır. Vaxtında ana südü ilə qidalanmamaq çənə quruluşuna mənfi təsir göstərə bilər. Çənə kifayət qədər inkişaf etmədikdə dişlər bir sırada yerləşmək üçün lazımi yer tapa bilmir və nəticədə sıxlıq, əyrilik yaranır.

Bundan əlavə, uşaqları zərərli vərdişlərdən uzaq tutmaq vacibdir. Barmaq sovurmaq, əmzikdən həddindən artıq istifadə etmək və digər ağız vərdişləri diş sırasında qüsurların formalaşmasına səbəb ola bilər.

Diş sağlamlığına erkən yaşlardan diqqət yetirmək gələcəkdə daha mürəkkəb ortodontik problemlərin qarşısını almağa kömək edir”.

Əlaqəli Xəbərlər