Ayətullah Ərəfi İranın müvəqqəti ali lideri təyin edilib
Şəfa Hüseynli
Ayətullah Əlirza Ərəfi yeni ali lider seçilənə qədər ölkəni müvəqqəti olaraq idarə edən İranın İdarəetmə Şurasına qoşulub.
Operativ Media "DW" ya istinadən xəbər verir ki, bu barədə İranın Məqsədyönlülük Şurasının rəsmi nümayəndəsi Möhsün Dehnəvi məlumat yayıb.
“Konstitusiyanın 111-ci maddəsinə əsasən, Keşikçi Şurasının hüquqşünaslarından birinin müvəqqəti rəhbərlik şurasında iştirak etməli olduğu bildirilir. Məqsədyönlülük Şurası Ayətullah Əlirza Ərəfini bu şuranın üzvü seçdi ki, ölkənin idarəçiliyi fasiləsiz davam etsin və Ekspertlər Şurası mümkün qədər tez bir zamanda daimi lider seçə bilsin”.- məlumatda qeyd edilib.