Menyu

BƏƏ-nin Tehrandakı səfirliyi bağlanıb

Operativ Media
BƏƏ-nin Tehrandakı səfirliyi bağlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyi bağlayıb və səfiri geri çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlik bildirib ki, ölkə həmçinin İranın BƏƏ ərazisinə raket zərbələrinə cavab olaraq İrandakı səfirini və diplomatik missiyasının bütün üzvlərini geri çağırır.

"Xarici İşlər Nazirliyi təsdiqləyir ki, bu qərar BƏƏ-nin təhlükəsizliyini və suverenliyini təhdid edən istənilən təcavüzə qarşı qətiyyətli və sarsılmaz mövqeyini əks etdirir. Bu, gərginliyin azaldılması səylərini pozan və regionu olduqca təhlükəli bir yola sövq edən, regional və beynəlxalq sülh və sabitliyi, eləcə də enerji təhlükəsizliyini və qlobal iqtisadiyyatın sabitliyini təhdid edən davam edən düşmənçilik və təxribatçı davranışlar fonunda qəbul edilib", - deyə nazirlik bildirib.

Əlaqəli Xəbərlər