Azərbaycanın keramika məmulatları üzrə ixrac gəlirləri 5 dəfədən çox artıb
Operativ Media
Cari ilin yanvar ayında Azərbaycan 8 milyon 112,09 min dollar dəyərində keramika məmulatları idxal edib. Bu göstərici 2025-ci ilin eyni ayı ilə müqayisədə 20,7 faiz azdır.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya bildirilib ki, hesabat dövründə, həmçinin ölkədən 549,78 min dollar dəyərində keramika məmulatları ixrac edilib. Bu isə illik müqayisədə 5,2 dəfə artım deməkdir.
Yanvarda keramika məmulatları üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,02 faizini, idxalı isə ümumi idxalın 0,62 faizini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında keramika məmulatları üzrə idxal 10 milyon 224,68 min dollar, ixrac isə 106,75 min dollar olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net