Bu ilin yanvar ayında ölkədən 570 min ABŞ dolları dəyərində 61,2 tondan çox çay ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 20,9 faiz, həcmi isə 18,6 faiz artıb.
Cari ilin ilk ayında çayın ümumi ixracda xüsusi çəkisi 0,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,21 faizə bərabər olub.