Menyu

Ötən ay 2,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub

Operativ Media
Ötən ay 2,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2,3 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Operativ Media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 2,8 dəfə artıb.

Cari ilin ilk ayında 1 050,8 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 2,7 dəfə çoxdur. Bu ilin fevral ayının 1-nə 569 min manatlıq hazır məhsul ehtiyatı olub.

Əlaqəli Xəbərlər