Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsində müsbət dinamika mövcuddur
Operativ Media
Bu ilin yanvar ayında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 75,4 faiz artaraq 48,6 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,37 faiz təşkil edib.