Menyu

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin onuncu üçtərəfli iclası keçirilib - YENİLƏNİB

Operativ Media
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin onuncu üçtərəfli iclası keçirilib - YENİLƏNİB

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilib.

Operativ Media xəbər verir ki, iclasda regionda və dünyadakı geosiyasi proseslər, Ukrayna-Rusiya və İsrail-Fələstin müharibələrinin diplomatik yollarla həlli müzakirə edilib.

Komitələrin iclasında həmçinin üç ölkənin parlamentləri arasında siyasi dialoqun daha da gücləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri və birgə layihələrlə əlaqədar təkliflər dinlənilib.

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin növbəti - onbirinci üçtərəfli görüşünün Gürcüstanda keçirilməsi qərara alınıb.

16:12

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclası keçirilir.

Operativ Media xəbər verir ki, görüşdə üç ölkənin parlamentləri arasında siyasi dialoqun daha da gücləndirilməsi, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunacaq.

Əlaqəli Xəbərlər