Azərbaycan hakimlərin ikinci Forumu başa çatdı - YENİLƏNİB
Bu gün Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilib.
Operativ Media xəbər verir ki, Gülüstan Sarayında keçirilən forumun açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra ötən il görülən işlərlə bağlı videoçarx nümayiş olunub.
Təbirdə açılış nitqi ilə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev çıxış edib. O, hakimlərin əsas rolundan danışıb.
Daha sonra Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək hakimlərin sayının artmasının iş yükünün optimallaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasındakı rolundan bəhs edib.
Konstitusiyası Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında konstitusional şərh barədə də danışıb. Qeyd edib ki, bu, hüquqi müəyyənliyi və qanunun aliliyini təmin etməkdə töhfə verir.
Tədbirin davamında birinci instansiya məhkəmələrindən mülki işlər üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Camal Quliyev, cinayət işləri üzrə Bakı Şəhər Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynov, inzibati işlər üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, kommersiya işləri üzrə Gəncə Kommersiya Məhkəməsi Gülnaz Quliyeva, Apellyasiya instansiya məhkəmələrindən isə mülki işlər Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova cinayət işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əli Məmmədov, inzibati işlər üzrə Sumqayıt Apellyasiya Məhkəməsini hakimi Toğrul Axundov, kommersiya işləri üzrə Bakı Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva fəxri fərmanla təltif edilib.
Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Şahin Yusifov isə "İlin hakimi" seçilib.
Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov çıxışında ötən il məhkəmə hakimləri ilə bağlı tədbirlərə ayrılan vəsaiti açıqlayıb.
Tədbir üç hissəli panel sessiyası ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Hakimlərinin ilk Forumu ötən il fevralın 28-də keçirilib.
10:04
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir.
Operativ Media xəbər verir ki, 600-dək məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.
Forum çərçivəsində məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar, qarşıda duran əsas vəzifələr, habelə ədalət mühakiməsi sahəsində mövcud olan müasir çağırışlar müzakirə olunacaq.