Ana səhifə / Cəmiyyət / Ağsuda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb Ağsuda 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb 17.02.2026, 09:53 Operativ Media Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.Tədbirlərlə əvvəllər məhkum olunmuş 29 yaşlı Orxan Niftullayev şübhəli şəxs qismində saxlanılıb. Ondan 9 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini və paytaxta aparmaq niyyətində olduğunu bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.