Menyu

"Qarabağ"ın sabiq braziliyalısı: "Qarabağ" Bakıda "Nyukasl"ı məğlub edə bilər

Operativ Media
"Qarabağ"ın sabiq braziliyalısı: "Qarabağ" Bakıda "Nyukasl"ı məğlub edə bilər

"Qarabağ" Bakıda inamlı qələbə qazana bilər.

Bunu Operativ Media-ya açıqlamasında "Qarabağ"ın sabiq braziliyalı futbolçusu Danilo Dias deyib.

O, "Nyukasl Yunayted"lə pley-off matçı öncəsi fikirlərini bölüşüb.

"Nyukasl Yunayted" komandası yarımmüdafiənin əsas fiqurlarından olan Bruno Gimarayşsız meydana çıxsa, orta sahədə oyunun qurulması və müdafiədən hücuma keçid baxımından ciddi itkilər yaşayacaq. "St James' Park" stadionunda oynamaq asan olmayacaq. Lakin "Qarabağ" öz meydanında tapşırığın öhdəsindən layiqincə gələrək inamlı qələbə qazana bilər".

Sabiq futbolçu öz dövründəki "Qarabağ"la indiki komandanı da müqayisə edib.

"Mənim dövrümdə "Qarabağ" çox yaxşı komandaya malik idi. Heyətimizdə Azərbaycan futbolunun aparıcı simalarından olan və komandaya liderlik edən oyunçular var idi. Məsələn, kapitan Rəşad Sadıqov, sağ cinah müdafiəçisi Maksim Medvedev, etibarlı qapıçı İbrahim Şehiç, eləcə də komandaya böyük töhfə verən braziliyalılar - Riçard Almeyda, Reynaldo, Çumbinyo və mövsümün əvvəlində mən. İndiki komanda isə çox keyfiyyətli heyətə sahibdir. Braziliyalı futbolçular tez uyğunlaşıb və yüksək performans göstərirlər. Kollektiv vahiddir, komanda oyunu oturuşub, hücum xətti isə sürətli və effektivdir".

Danilo Dias Bakıdakı dostları ilə hələ də əlaqəsinin olduğunu qeyd edib.

"Bakı şəhərində tanış olduğum azərbaycanlı dostlarla əlaqəmi saxlayıram. Onlar işimə böyük maraq göstərən və mənimlə özlərini bir tutan insanlardır. Həmçinin məni daim xatırlamağa xüsusi önəm verən azarkeşlər də var".

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-i saat 21:45-də baş tutacaq.

Əlaqəli Xəbərlər