Naxçıvanın yeni Baş naziri kimdir? - DOSYE
Operativ Media
Naxçıvan Muxtar Respublikasında mühüm kadr dəyişikliyi baş verib. Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilib.
Operativ Media xəbər verir ki, Cabbar Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Türkiyə Respublikasının Ankara şəhərində alıb. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
O, 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub. 2016–2024-cü illərdə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin 23 iyun 2021-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Cabbar Musayev evlidir, iki övladı var.