Oğurladığı elektrik naqillərini yandıraraq satan şəxs saxlanılıb
Operativ Media
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən anbarların birindən elektrik naqilləri oğurlanıb.
Operativ Media-ya bu barədə DİN-dən məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı C.Mütəllimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət əvvəl həmin anbarda çalışdığı üçün əraziyə yaxından bələd olub. Oğurluğu törətdikdən sonra isə naqilləri yandıraraq əlvan metal qəbulu məntəqələrinə satıb.
Qaradağ rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən 38 yaşlı B.Qasımov da polis tərəfindən saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net