Menyu

Cəlilabadda əmi qardaşı uşaqlarını baltalayıb, ölən var - YENİLƏNİB 2

Operativ Media
Cəlilabadda əmi qardaşı uşaqlarını baltalayıb, ölən var - YENİLƏNİB 2

Cəlilabad rayonunda əmisi tərəfindən balta ilə xəsarət yetirilən qız xəstəxanada ölüb.

Operativ Media xəbər verir ki, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyeva həkimlərin bütün səylərinə baxmayaraq yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

18:45

Cəlilabadda balta hücumuna məruz qalan uşaqların şəxsiyyəti bilinib. 

Operativ Media xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Nağıyev Hüseyn Musa oğlu və 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızıdır. 

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

17:59

Cəlilabadda əmi 12 və 14 yaşlı qardaşı qızı və oğlunu baltalayıb.

Operativ Media-nın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

Kənd sakini şəxsi münasibətlər zəminində yaxın qohumlarına hücum edib. İlkin məlumata əsasən, o, 12 və 14 yaşlı qardaşı qızı və oğluna balta ilə müxtəlif bədən xəsarətləri yetirib.

Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Həkimlərin bildirdiyinə görə, onların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dağıstandan yenicə qayıdıb və əvvəllər məhkumluq həyatı yaşayıb.

Əlaqəli Xəbərlər