Antalyada sərnişin avtobusu aşıb, 9 nəfər ölüb - YENİLƏNİB
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb.
Operativ Media xəbər verir ki, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
İki nəfərin üzərində amputasiya əməliyyatı aparılıb.
***
13:03
Antalyada içərisində 34 sərnişin olan avtobus sürüşkən yoldan çıxaraq aşıb.
Operativ Media xəbər verir ki, məlumatdan sonra hadisə yerinə tibbi, yanğınsöndürmə, AFAD (Fövqəladə Hallar və Təcili Yardım İdarəsi), jandarma və polis qrupları göndərilib.
Qəzada səkkiz nəfər ölüb, 26 yaralı isə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
***
12:29
Tekirdağdan Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. Qəza nəticəsində çoxsaylı ölüm və yaralanma halları qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu haqda "Trt Haber" məlumat yayıb.