Ana səhifə / Cəmiyyət / Xəzər rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb Xəzər rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb 23.01.2026, 10:47 Operativ Media Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib. Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bir nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.Faktlarla bağlı araşdırma aparılır.