Türkiyədə keçiriləcək COP31-ə prezident təyin olundu
Operativ Media
Gələn il Türkiyədə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) Prezident təyin olunub.
Operativ Media "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum COP31-in Prezidenti təyin edilib.
Qeyd edək ki, COP31 konfransı 2026-cı ilin 9–20 noyabr tarixlərində Antalyada keçiriləcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan, 30-cu sessiyasına isə Braziliya ev sahibliyi edib.