Donald Tramp yenidən bir neçə media orqanının lisenziyalarının ləğv edilməsinə çağırıb
Şəfa Hüseynli
Donald Tramp ABŞ prezidenti və respublikaçılar haqqında mənfi fikirdə olan xəbər agentliklərini tənqid edərək, onların lisenziyalarını ləğv etməklə hədələyib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Tramp respublikaçılara və dövlət başçısına qarşı qərəzli mövqe tutan üç xəbər agentliyini tənqid edib.
"Hamısının ortaq üç cəhəti var: yüksək maaşlar, istedadsızlıq və çox aşağı reytinqlər!"- Tramp qeyd edib.