Daha bir yeni nəsil qatar xəttə buraxılıb - VİDEO
Operativ Media
Sərnişin məmnuniyyəti və xidmət keyfiyyətini artırmaq məqsədilə daha bir yeni nəsil qatar istismara verilib.
Operativ Media xəbər verir ki, ən yeni texnologiyalar əsasında hazırlanmış müasir vaqonlar bu il istismar müddəti başa çatan əvvəlki nəsil qatarın əvəzinə xəttə buraxılıb.
Bununla hazırda xətlərdə olan yeni nəsil qatarların sayı 170 vaqona (34 qatar) çatdırılıb.
Sazlama və komplektləşdirmə işləri aparılan daha 10 vaqon 2025-ci ilin sonunadək sərnişindaşımaya cəlb ediləcək.
Ümumilikdə ilin sonunda Bakı metropolitenində 180 yeni vaqon (36 qatar) istismarda olacaq.
Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək daha 299 yeni nəsil vaqon alınması planlaşdırılır.
⚡️Bakı metrosunda yeni nəsil qatar xəttə buraxılıb pic.twitter.com/sAeCp1zLch
— Operativ Media (@operativmedia) December 9, 2025
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net