Menyu

Bəhlul Mustafazadə: "Bəzi epizodlarda diqqətsizlik oldu"

Əziz Əzizli
Bəhlul Mustafazadə: "Bəzi epizodlarda diqqətsizlik oldu"

"Bəzi epizodlarda diqqətsizlik oldu".

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Napoli" ilə oyundan sonra İTV kanalına açıqlamasında deyib.

O, şanslarının davam etdiyini qeyd edib.

"Oyunun gərgin keçəcəyini ilk gündən bilirdik. Rəqibimiz "Napoli" idi. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq. İkinci hissədə isə təəssüf ki, bəzi epizodlarda diqqətsizlik oldu. Həmin epizodların birində mən də diqqətsiz oldum. Topu daha yaxşı uzaqlaşdırmalı idim. Təəssüf ki, məğlub olduq, amma buna baxmayaraq, hər şey davam edir və hələ şanslarımız var. Gələn oyuna maksimum şəkildə hazırlaşacağıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər