Azərbaycanlı hakim-inspektor UEFA Konfrans Liqasına təyinat alıb
Operativ Media
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.
Bu barədə Operativ Media-ya AFFA-nın mətbuat xidmətindən bildirilib.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turunda baş tutacaq "Universitatya Krayova" (Rumıniya) – "Maynz" (Almaniya) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 27-də Krayova şəhərindəki Yon Oblemenko adına stadionda baş tutacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma