Azərbaycan və Fələstin arasında elm və təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Operativ Media
Noyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmed Metani ilə görüşüb.
Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində Fələstin ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.