Menyu

Tramp fövqəladə vəziyyət elan edə bilər

Əsəd Abbaslı
Tramp fövqəladə vəziyyət elan edə bilər

"Operativ Media" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı vəziyyətdən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu addım Trampa ölkədə fövqəladə vəziyyət zamanı prezidentə idxalı idarə etmək səlahiyyəti verən "Beynəlxalq iqtisadiyyatda müstəsna səlahiyyətlər haqqında Qanun"dan istifadə edərək yeni tarif proqramı yaratmağa imkan verəcək.

"Heç nə istisna edilmir", - mənbə telekanala bildirib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi məsələsinin müzakirə edildiyini təsdiqləyib.

Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Tramp ABŞ-yə bütün ölkələrdən idxala 10 %, Çin mallarına isə 60 % rüsum tətbiq edəcəyinə söz verib. O, həmçinin vəzifəyə başladığı ilk gün Kanada və Meksikadan idxala 25 % rüsum tətbiq edəcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər