Ermənistanda zəlzələ olub
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 17:28-də qeydə alınıb. Zəlzələnin episentri Ermənistanın Vayots Dzor bölgəsində, Cermuk şəhərindən 22 km şimal-qərbdə yerləşib.
Zəlzələnin maqnitudası 3,1, episentrdə gücü 4 bal olub.
Yeraltı təkanlar Vayodzor (Dərələyəz) bölgəsində (2-4 bal), Vardenis (Basarkeçər) və Sisian (Qarakilsə) ərazilərində 2-3 bal gücündə hiss olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net