Aktauda qəzaya uğrayan AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırılıb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Bildirilir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 10 əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları Aktau şəhərində baş vermiş təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə mükafatlandırılıblar.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net