Menyu

Türkiyə XİN: Suriya həbsxanalarındakı İŞİD terrorçuları vətəndaş olduqları ölkələrə göndərilməlidir

Türkiyə XİN: Suriya həbsxanalarındakı İŞİD terrorçuları vətəndaş olduqları ölkələrə göndərilməlidir

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri hakan Fidan Belçikanın xarici işlər naziri Bernard Quintin ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu məhbusların uzun zamandır cəza alamamaları və gələcəklərinə dair qərarın verilməməsi bölgə üçün təhlükə mənbəyinə çevirilib.

H. Fidan, həmçinin, Türkiyənin Suriya hökumətinə bu həbsxana və düşərgələrin nəzarət altına alınması məsələsində yardım etməyə hazır olduğunu vurğulayıb: “Türkiyə olaraq, həm bu böhranın çözülməsi, həm də Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq, həm də Suriyanın milli və ərazi bütövlüyünü, başda kürdlər olmaqla, orada olanların təhlükəsizliyini təmin etmək üçün təkliflərimiz hazırdır”.

Türkiyəli nazir Suriyada başlayan yeni dövrdə Türkiyənin bütün etnik və dini qrupların qoruyucusu olduğunu da əlavə edib. Onun sözlərinə görə, hər hansı tərəfin zülmə məruz qaldığı təqdirdə Ankara lazımi addımlar atacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər