Cənubi Koreya Prezidenti hərbi vəziyyət elan edib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net