Gürcüstan prezidenti hakim partiyanı konstitusiya çevrilişində ittiham edib
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, Zurabişvili müxalifət partiyalarının liderləri ilə görüşüb və onları “Avropa dəyərləri uğrunda mübarizədə” birliyə çağırıb.
“Bu gün mən prezidentəm, bu ölkədə dünya liderləri ilə danışmaq imkanı olan yeganə qanuni qurumu təmsil edirəm, onlara gürcü xalqının iradəsini çatdıracağam”, - deyə Zurabişvili bildirib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bugünkü bəyanatına əsasən, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma