Menyu

Tramp fövqəladə vəziyyət elan edə bilər

Əsəd Abbaslı
Tramp fövqəladə vəziyyət elan edə bilər

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.

“Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu təsdiqlədiyi ilk haldır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər