Menyu

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edə bilər

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar qəbul edə bilər

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Sanksiyalar baxımından bu gün biz Rusiyanın hərbi səylərini dəstəkləyən təşkilatlara və şəxslərə qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar verəcəyik”, - Fransa XİN rəhbəri vurğulayıb.

O, eyni zamanda Fransada təlim keçmiş ukraynalıların bir neçə gündən sonra Ukraynaya qayıdacaqlarını bildirib:

“Maliyyə baxımından, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən G7 səviyyəsində razılaşdırılmış milyardlarla avronun Ukrayna tərəfinə mümkün qədər tez verilməsi lazımdır. Fransada təlim keçmiş 2,3 min ukraynalının bir neçə gündən sonra döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya qayıdacaqlar.”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər