XİN: Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailənin vəziyyəti yaxşıdır
Əsəd Abbaslı
Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki Səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.
"Operativ Media" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə bildirib ki, həmvətənlərimiz yüngül xəsarət alıblar.
Məlumata görə, onların vəziyyətləri yaxşıdır: “Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma