Pentaqon: Birləşmiş Ştatlar Rusiyanın KXDR-in qitələrarası raket proqramında iştirakını görmür
Əsəd Abbaslı
ABŞ Rusiya Federasiyasının KXDR-in qitələrarası ballistik raket proqramının inkişafında iştirakını görmür.
"Operativ Media" xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin xarici siyasət və hərbi idarə rəhbərlərinin iştirakı ilə “2+2” formatında danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Sualınıza konkret cavab vermək üçün: Rusiyanın heç bir iştirakını görmürəm”, - deyə o, bildirib.
"İndiki mərhələdə biz Rusiyanın iştirakına dair heç bir dəlil görmürük" , - Ostin Pxenyanın yeni ICBM-ni sınaqdan keçirməsini şərh edərək bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma