Menyu

Tbilisidə keçirilən etiraz aksiyası bitib - YENİLƏNİB

Əsəd Abbaslı
Tbilisidə keçirilən etiraz aksiyası bitib - YENİLƏNİB

Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası Avropa İttifaqı və Gürcüstanın himnlərinin səslənməsi ilə başa çatıb.

"Operativ Media" xəbər verir ki, müxalifət liderləri növbəti planları daha sonra açıqlayacaqlarına söz veriblər.

Aksiyada iştirak edən müxalifət tərəfdarları da meydanı boşaltmağa başlayıblar.

22:20

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.

"Operativ Media" xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.

Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər