Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 200-dən çox şəxs saxlanılıb
Nərmin Qocamanlı
Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 216 nəfəri saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Erlikaya "X" səhifəsində məlumat verib.
“İŞİD terror qruplaşmasına qarşı 45 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 216 nəfər saxlanılıb”, - nazir qeyd edib.
Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, il ərzində respublikada terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 3 mindən çox insan saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net