Menyu

Fransanın cənubunda leysan yağışları səbəbindən daşqınlar başlayıb

Əsəd Abbaslı
Fransanın cənubunda leysan yağışları səbəbindən daşqınlar başlayıb

Fransanın cənubunda leysan yağışları daşqınlara səbəb olub. Bəzi yerlərdə insanların təxliyə edilməsinə ehtiyac yaranıb, nəqliyyatın hərəkəti dayandırılıb.

"Operativ Media" xəbər verir ki, Ardeş departamentində hava şəraiti ilə əlaqədar bir çox magistral yollar bağlanıb. Annon şəhərində daşqın səbəbindən məktəblər və uşaq bağçaları köçürülüb. Şəhərdə ictimai nəqliyyat işləmir. Lion və Sent-Etyen şəhərləri arasında qatarların hərəkəti ən azı sabah səhərə qədər dayandırılib.

Ölkənin altı departamentində hava təhlükəsinin ən yüksək - “qırmızı” səviyyəsi, daha 19 departamentdə isə “narıncı” təhlükə səviyyəsi elan edilib. Meteoroloqlar xəbərdarlıq edir ki, oktyabrın 18-dək dörd departament üçün təhlükənin “qırmızı” səviyyəsi, 18 departament üçün isə “narıncı” səviyyəsi qüvvədə qalacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər