Putin Dövlət Dumasına KXDR ilə tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanun layihəsi təqdim edib
Əsəd Abbaslı
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya Federasiyası ilə Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini təqdim edib.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumat Dumanın məlumat bazasında yerləşdirilib.
“Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya edilsin”,deyə sənəddə qeyd olunub.
Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi tərəflərdən birinə hücum zamanı birinin digərinə hərbi və digər yardımlarını nəzərdə tutur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma