Parisin Kiyevə hərbi yardımı 2 milyard avronu keçəcək
Fransanın 2024-cü ildə Ukraynaya hərbi yardımı 2 milyard avronu keçəcək, lakin fevralda Paris və Kiyev arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində nəzərdə tutulan 3 milyard avroya çatmayacaq.
"Operativ Media" xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu Milli Assambleyanın (respublika parlamentinin aşağı palatası) müdafiə komissiyasında dinləmələr zamanı deyib.
“2024-cü ilin əvvəlində bu yardımın 3 milyard avroya qədər arta biləcəyinə dair siyasi qərar verildi, reallıqda bu, 2 milyard avronu keçəcək, lakin 3 milyard avroya çatmayacaq”, - o, çıxışı zamanı deyib.
Nazir əlavə edib ki, Kiyevə dəstəyin artırılması digər məsələlərlə yanaşı, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi hesabına təmin ediləcək.