Netanyahu BMT-dən sülhməramlıların Livandakı döyüş bölgəsindən çıxarılmasını tələb edib
İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Netanyahunun Baş Nazirlik Ofisindən yaydığı videomüraciətdə qeyd edilib.
İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşə müraciət edərək, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarının Livan-İsrail sərhədi bölgəsindəki döyüş bölgəsindən dərhal çıxarılmasını tələb edib.
"Cənab Baş katib, UNIFIL qüvvələrini hücumdan geri çəkin. Bu, dərhal, təxirə salınmadan edilməlidir", -videomüraciətdə bildirilib.
Qeyd edək ki, BMT-nin Livandakı qüvvələri 48 ölkədən 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir.
Onlar həmin məkana BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.