Menyu

“Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb

Əsəd Abbaslı
“Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb

Florida ştatında “Milton” qasırğası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə “CBS News” telekanalı Amerika rəsmilərinə istinadən bildirib.

“16 ölüm qasırğa ilə əlaqələndirilir”, – telekanal açıqlayıb.

Qeyd olunub ki, təbii fəlakətdən zərər çəkənlər üçün nəzərdə tutulan müvəqqəti sığınacaqlar dolub. Eyni zamanda, hotel otaqlarının qiymətləri kəskin şəkildə artıb.

Son vaxtlaradək Floridadakı bir çox yanacaqdoldurma məntəqələri bağlı qalıb və sakinlər yanacaq tapmaqda çətinlik çəkiblər.

“Milton” qasırğası çərşənbə axşamı gecə Floridanın mərkəzi qərb sahillərinə çatıb və Saffir-Simpson şkalası üzrə üçüncü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatdan bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər