Menyu

Çinin nəqliyyat naziri COP29-a dəvət olunub

Nərmin Qocamanlı
Çinin nəqliyyat naziri COP29-a dəvət olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin nəqliyyat naziri Li Siopenlə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə R.Nəbiyev öz "X" hesabında paylaşım edib.

Görüşdə Azərbaycan və Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan başqa iki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmiryolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində Çin tərəfi ilə əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Rəşad Nəbiyev Çinin nəqliyyat nazirini ölkəmizdə COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz” və “Yaşıl ictimai nəqliyyat” mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər