Zelenski Varşavanın göstərdiyi hərbi yardımın həcmindən narazılığını ifadə edib
Əsəd Abbaslı
Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 13-dən 15-dək Kiyevdə səfərdə olan Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə yüksək səslə danışıb və praktiki olaraq mübahisə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə “Onet” portalı danışıqların adı açıqlanmayan iştirakçılarına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Zelenski ilə Sikorski arasında atmosfer çox gərgin olub.
İddialara görə, Ukrayna lideri Varşavanı Kiyevin Aİ-yə qoşulmaq səylərinə dəstək verməməkdə ittiham edərək danışıqlara yüksək ton təyin edib.
Sikorski bildirib ki, Polşa üçün bu proses 10 il çəkib, və Kiyevin təklif etdiyi vaxt çərçivəsi real deyil.
Bundan əlavə, Ukrayna prezidenti Varşavanın göstərdiyi hərbi yardımın həcmindən narazılığını ifadə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net