Menyu

Taxıl daşıyan gəmidə partlayış baş verib

Əsəd Abbaslı
Taxıl daşıyan gəmidə partlayış baş verib

Qara dənizdə taxıl yükləri daşıyan Sent Kitts və Nevis bayraqlı gəmi Rumıniya Sahil Mühafizəsinə göyərtəsində partlayış baş verdiyi barədə məlumat verib və vəziyyətin qiymətləndirilməsi üçün Konstansa limanına marşrutun dəyişdirilməsini istəyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniyanın “news.ro” agentliyi məlumat yayıb.

Hadisə yerinə yaxınlaşan sərhəd polis gəmisi kapitanla əlaqə yaradıb, lakin o, kömək istəməyib.

“Gəmi heyətinin həyatını xilas etmək üçün sərhədçilərin müdaxiləsinə ehtiyac olmayıb”, - məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər