Şimali Koreya bir neçə ballistik raketi sınaqdan keçirib
Əziz Əzizli
Şimali Koreya Yapon dənizinə doğru bir neçə qısa mənzilli ballistik raket atıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər təxminən saat 07:10-da Pxenyan ərazisindən Yapon dənizinə doğru atılıb.
Bundan əvvəl Cənubi Koreya tərəfi bir raket haqqında da məlumat vermişdi. Məlumata görə, raketlər təxminən 360 km uçaraq dənizə düşüb.
Şimali Koreya bundan əvvəl iyulun 1-də də ballistik raketlər buraxmışdı
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net