Menyu

Gürcüstanın Baş naziri: Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik

Əsəd Abbaslı
Gürcüstanın Baş naziri: Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik

Ukrayna ilə Gürcüstan arasında baş verənlər ikitərəfli münasibətlərimizin inkişafına töhfə vermir.

"Operativ Media" xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ukrayna münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan öz səfirini Ukraynadan geri çağırmayıb və Ukrayna səfirini ölkədən çıxarmayıb.

“Rəsmi Kiyev isə öz səfirini geri çağırıb. Bunun da əsas iki səbəbi var. İlk növbədə bu, Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyimizə və Ukraynaya hərbi könüllülər göndərmədiyimizə görədir. Biz onların istəyi ilə ikinci cəbhəni açmalı idik, amma açmadıq. Bu da onların xoşuna gəlmədi. Bundan sonra da olanlar münasibətlərimizin inkişafına töhfə vermədi. Bu, Ukrayna hakimiyyətinin qərarıdır”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər