Gürcüstanda xarici agentləri maliyyələşdirmək üçün fond yaradılacaq
Nərmin Qocamanlı
Gürcüstan hakimiyyəti xarici agentlərin reyestrində qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatlarını maliyyələşdirmək üçün fond yaradacaq.
"Operativ Media" xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.
"Konkret donorlar reyestrdə qeydiyyatdan keçsələr, bir çox qeyri-hökumət təşkilatlarını maliyyələşdirməyi dayandıracaqları ilə hədələyirlər. Bunun fonunda biz Gürcüstan QHT-ləri üçün dövlət büdcəsindən maliyyələşəcək qrant proqramı yaratmaq qərarına gəldik", - Kobaxidze deyib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma