Küveytdə İrana məxsus gəmi batıb
Əsəd Abbaslı
Küveytin ərazi sularında İrana məxsus yük gəmisinin batması nəticəsində 6 nəfər heyət üzvü həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, sentyabrın 1-də gəminin kapitanı sahil mühafizəsi ilə əlaqə saxlayaraq əlverişsiz hava şəraiti səbəbindən gəminin batmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Aparılan axtarışlar zamanı hadisənin baş verdiyi ərazidən üç nəfərin meyiti çıxarılıb.
Qeyd edək ki, ölənlərdən üçü İran, digərləri isə Hindistan vətəndaşlarıdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net