Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb
Nərmin Qocamanlı
Qazaxıstanın şərqində dörd nəfər şaxtada naməlum maddədən zəhərlənərək ölüb.
“Operativ Media" xəbər verir ki, bu barədə Şərqi Qazaxıstan vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 31-də saat 17:30-da “Vostoktsvetmet” MMC-nin şaxtasında ilkin məlumata görə, 4 nəfər naməlum maddədən zəhərlənərək ölüb. Daha bir nəfər Şərqi Qazaxıstan vilayətinin Qlubokovski rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər”, - məlumatda vurğulanıb.
Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma