Baş nazir: Ermənistan KTMT-dən çıxmağa ehtiyac görmür
Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə ölkəsinin KTMT-dən çıxmasına ehtiyac görmür.
"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, onlayn mətbuat konfransı zamanı bildirib.
“Biz bütün səviyyələrdə KTMT-də iştirakımızı dondurmuşuq. Hesab edirik ki, belə qərar bu mərhələdə kafidir”, - Paşinyan deyib.
“İndi başqa qərar verməyə ehtiyac yoxdur. Ancaq bu, növbəti mərhələdə belə bir ehtiyacın olmayacağı anlamına gəlmir”, - o vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net