Rusiyada "Mi-8" helikopteri radarlardan itib, axtarışlara başlanılıb
Rusiyanın Kamçatka vilayəti ərazisində “Mi-8” helikopteri yoxa çıxıb.
"Operativ Media"nın “interfax.ru”ya istinadən xəbərinə görə, Yelizovsk rayonunun Nikolayevka qəsəbəsinə istiqamətlənən “Vityaz Aero” adlı helikopter bir neçə dəqiqədən sonra radarlardan itib.
Hazırda onun tapılması istiqamətində tədbirlərin görüldüyü bildirilib.
Qeyd edək ki, onun göyərtəsində iki pilot və bir nəfər mühəndis olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma